• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2029
— 27.09.2023 14:53

“Antiterror tədbirlərində şəhid olanlarla bağlı bütün sosial təminatlar vaxtında icra olunacaq"

KepezTV Player

“Antiterror tədbirlərində şəhid olanlarla bağlı bütün sosial təminatlar vaxtında, keyfiyyətli şəkildə icra olunacaq”. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Onun sözlərinə görə, həm birdəfəlik ödəmələr, həm təqaüd və pensiya ödəmələri, həm də qanunvericilikdə nəzərdə tutulmuş mənzil, avtomobil hüquqları həyata keçiriləcək: “Artıq ailələrlə görüşlər başlanıb. Nazirliyin müvafiq qurumları sənədləri toplayır”, -deyə Sahil Babayev əlavə edib.