• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1818
— 27.09.2023 12:41

FHN-in 10 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi Azərbaycanın Xankəndi şəhərinə yola düşüb

KepezTV Player

Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın ilə əlaqədar  axtarış-xilasetmə və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə FHN-in 10 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi 50 nəfərdən ibarət heyətlə Xankəndi şəhərinə yola düşüb. Həmçinin, Xocalı yaxınlığında səhra hospitalının qurulması üçün heyətlə birgə FHN-in 53 avtomobili və zəruri avadanlıqlar da göndərilib.