• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1945
— 27.09.2023 13:38

27 sentyabr - "Zəfər yolu" adlı tədbir təşkil edilib

KepezTV Player

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi, Gəncə Gənclər Evi və Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatının birgə təşkilatçılığı ilə Anım Gününə həsr olunmuş “27 sentyabr - Zəfər yolu” adlı tədbir keçirilib. Gəncə Gənclər Evində baş tutan tədbirdə gənclərlə yanaşı, şəhid ailələrinin üzvləri və qazilər də iştirak ediblər. Rəsmi hissədə Vətən müharibəsində Ordumuzun şanlı qələbəsindən, şəhidlərimizin döyüş meydanında göstərdikləri şücaətlərdən danışılıb. Bədii hissədə gənclər tərəfindən şeirlər və vətənpərvərlik ruhunda kompozisiyalar səsləndirilib. Vətən müharibəsində Ordumuzun uğurlarının əks olunduğu videoçarx nümayiş etdirilib.