• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1708
— 27.09.2023 13:35

Vətən oğullarının xatirəsi qürurla anılır

KepezTV Player

3 il əvvəl torpaqlarımız işğaldan azad olundu. Sentyabrın 27-dən başalayaraq 44 gün ərzində igid oğullarımız ərazi bütövlüyümüz uğrunda canlarını qurban verdilər. Öz qanları ilə Azərbaycan tarixinin zəfər səlnaməsində silinməz iz qoydular. Bu gün isə hər kəs onları anmaq üçün Şəhidlər xiyabnındadır.

Anım günündə şəhidlər xiyabanına gələnlərin ardı arası kəsilmirdi. Xalq öz qəhrəmanlarına olan mənəvi borcunu ödəmək üçün səhər saatlarından etibarən şəhidlər xiyabanını ziyarət edirdi. Kiçikdən böyüyə, cavandan qocaya hamılıqla hər kəs xiyabanda uyuyan 1-ci və 2-ci Qarabağ müharibəsi qəhrəmanlarının məzarları üzərinə həmçinin Əbədi Məşəl kompleksinin qarşısına tər çiçəklər düzürdülər. Şəhər rəhbəri Niyazi Bayramov müvafiq icra strukturlarının rəhbərləri ilə birgə Əbədi məşəl kompleksini ziyarət edərək şəhidlərin rununa ehtiram nümayiş etdiriblər. Azərbaycan xalqı, bu dəfə də övladının məzarı başında məğrur dayanan valideyinləri, atasının məzarı üzərinə çiçəklər düzən uşaqları tək buraxmadı. Çünki onların ataları, oğulları bizə Vətən adlı bəxşiş qoyub. O, Vətən ki onun yolunda minlərlə can qurban oldu. O Vətən ki, bir qarış torpağı belə hər birimiz üçün müqəddəsdir.

Qəhrəman şəhər olan Gəncə 1-ci Qarabağ müharibəsində 90-ı itkin olmaqla 500-ə yaxın şəhid verib. Vətən müharibəsində isə 96-sı hərbi, 26-sı mülki olmaqla 122 sakininə qoynunda əbədi qucaq açıb. Canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban verən şəhidlərin əziz xatirəsi elan edilən sükutla da xatırlanıb.

Gəncədə anım tədbirləri çərçivəsində Ermənistanın raket zərbəsinə tuş gələn ərazilər də ziyarət edilib. Düşmənin Vətən müharinbəsində bir neçə dəfə hədəf aldığı şəhərin mülki sakinlərinin bu nankor hücumlar nəticəsində şəhid olduğu vurğulanıb. Dağıntılar baş verdiyi əraziyə tər çiçəklər düzülərək dünyasını dəyişənlərə Allahdan rəhmət dilənib. Eləcə də şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq Gəncədə ağacəkmə aksiyası baş tutub. Heydər Əliyev park kompelksinin ətrafına həmişəyaşıl Eldar şamı, küknar və şam ağacları əkilib.