• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 731
— 26.09.2023 19:28

Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik edib

KepezTV Player

 Qardaş Türkmənistan bu gün sosial-iqtisadi sahədə böyük uğurlara nail olmuş, hər cəhətdən çiçəklənən bir diyara çevrilmişdir. Biz ortaq tarixi-mədəni köklər, qardaşlıq kimi möhkəm təməllər üzərində qurulmuş Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk. Bu fikirlər prezident İlham Əliyevin Türkmənistam Prezidenti Sərdar Berdiməhəmmədova bu ölkənin Milli bayramı- Müstəqillik günü ilə bağlı göndərdiyi təbrik məktubunda yer alır. Hazırda səmərəli əməkdaşlığımızın əhatə dairəsinin daha da genişləndirilməsi üçün yaxşı perspektivlər vardır. Qarşılıqlı inam və dəstəyə əsaslanan strateji tərəfdaşlığımız birgə səylərimizlə xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və dərinləşəcəkdir, deyə dövlət başçısı fikirini tamamlayıb.