• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1321
— 26.09.2023 17:13

Müharibə qəhrəmanları gənc nəslin qürur mənbəyidir

KepezTV Player

Gəncə Dövlət Universitetində 27 sentyabr - Anım günü ilə bağlı tədbir keçirilib. Tədbirdə təhsil müəssisəsinin pedoqoji kollektivi, şəhid ailələri, qazilər və tələbələr iştirak ediblər. Çıxış edənlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açıblar. Yetişməkdə olan gənc nəslin belə qəhrəmanlardan örnək götürməli olduqlarına diqqət çəkilib. Universitetin müharibədə iştirak edən tələbələrinin, şəhid məzunlarının qəhrəmanlığının qürur hissi yaratdığı vurğulanıb. Tədbirdə çıxış edən şəhid valideynləri Azərbaycan xalqının var olduğu müddətcə şəhidlərimizin qəlblərdə daim əbədi yaşayacağını söyləyiblər. Sonda universitet tərəfindən hazırlanan və Vətən müharibəsi şəhidlərindən bəhs edən videoçarx təqdim olunub.

Vüsalə Cənnətova