KepezTV Player
Göygöl rayonu ərazisində uzun fasilədən sonra yenidən arxeoloji tədqiqatlara başlanılıb. AMEA-nın məlumatına görə tədqiqat işləri Göygöl-Topalhəsənlı yolunun sol tərəfində, yoldan 120 metr məsafədə 5 metrə yaxın hündürlüyü olan kiçik təpənin üzərində yerləşən kurqanda həyata keçirilib. Kurqanda maraqlı dəfn adətləri qeydə alınıb. Azərbaycan ərazisində kurqan tipli abidələrə ən çox rast gəlinən bölgələrdən biri Göygöl rayonudur. İndiyədək Gəncəçayın hər iki sahilində, kiçik təpələr üzərindəki düzənlik sahədə yüzlərlə kurqanlar qeydə alınıb və bir qismi bu ərazidə məskunlaşmış almanəsilli şəxslər tərəfindən XIX əsrin sonları və XX əsrin əvvəllərində tədqiq edilib.
- Baxış: 138