• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1179
— 25.09.2023 20:12

Kəlbəcər rayonu ərazisində növbəti dəfə döyüş texnikası müsadirə edilib

KepezTV Player

Kəlbəcər rayonu ərazisində növbəti dəfə Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus döyüş texnikası, silah və sursat aşkar edilib. Müdafiə Nazirliyindən bildirilib ki, müsadirə edilən artilleriya qurğuları, müxtəlif təyinatlı hərbi nəqliyyat vasitələri, əl qumbaraları və digər döyüş sursatları Kəlbəcər rayonu ərazisindəki toplama məntəqəsinə daşınıb. 

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat

Müdafiə Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra müsadirə edilmiş döyüş texnikası, silah və sursatın bugünədək olan siyahısını da açıqlayıb. 797 atıcı silah və qumbaraatan, 42 artilleriya silahı, 165 Hava Hücumundan Müdafiə vasitəsi, 175225 döyüş sursatı, 1440 təchizat və ləvazimatlar, 81 optik və digər cihazlar, 22 zirehli texnika, 75 avtomobil texnikası, 21 qoşqu.