KepezTV Player
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Tovuzun Aşağı Öysüzlü kəndində fəaliyyət göstərən çörək istehsalı müəssisəsində yoxlama aparıb. Fiziki şəxs Hüseynov Arif Müsəllim oğluna məxsus müəssisədə qida təhlükəsizliyinə dair normativ-hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib. Müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı müəyyən olunub. Faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib olunub, nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
- Baxış: 246