KepezTV Player
“Bəzi hərbi birləşmələr müqavimət göstərməkdə davam edəcəklərini bildirsələr də, Bakı silahı yerə qoyan Qarabağ separatçılarına mümkün amnistiyanı nəzərdən keçirir”. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Reuters” agentliyinə açıqlamasında deyib. “Hətta keçmiş hərbi qulluqçulara və komandirlərə - əgər onları belə təsnif etmək mümkündürsə - onlar üçün də amnistiyanı nəzərdən keçiririk və ya təklif edə bilərik”,- o bildirib. H.Hacıyev qeyd edib ki, hazırda bəzi ayrı-ayrı hərbi qruplaşmalar və komandirlər Bakının şərtlərini qəbul etməyəcəklərini və müqaviməti davam etdirəcəklərini açıq şəkildə bəyan ediblər.
- Baxış: 131