• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 785
— 21.09.2023 15:31

Qarabağın erməni icmasının nümayəndələri ilə Yevlaxda keçirilən görüş başa çatıb

Bu gün Azərbaycan Prezidenti Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə keçirilən görüş başa çatıb. Azərbaycanın mərkəzi hakimiyyətini görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov, Qarabağın erməni sakinlərini isə Sergey Martirosyan və David Melkumyan təmsil ediblər. Rusiya sülhməramlı kontingentinin nümayəndəsi iştirakçı kimi görüşə qatılıb. Qarabağın erməni icmasının nümayəndələri Yevlax görüşündən sonra rayonu tərk ediblər.