• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1405
— 20.09.2023 12:49

Qəzada həlak olan polislər dəfn olunublar

KepezTV Player

Füzulidə baş verən yol-nəqliyyat hadisəsi zamanı həlak olan polis serjantı Seyfi Abdullayev dəfn edilib. O, Bakının Sabunçu rayonunda torpağa tapşırılıb.

Qəzada həlak olan digər polis əməkdaşı Rasim Məmmədov ilə vida mərasimi Bakıda, Xətai rayonunda yaşadığı ünvanda keçirilib.

Polis serjantı Ələsgər Əsgərov Naxçıvan şəhəri Əliabad qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub. Dəfn mərasimində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları, dövlət və hökumət, ictimaiyyət nümayəndələri iştirak edib.