• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1408
— 20.09.2023 12:37

Dünən gecə boyu Şuşa şəhəri iriçaplı silahlardan və minaatanlardan atəşə tutulub

KepezTV Player

"Qanunsuz erməni silahlı birləşmələri tərəfindən 44 günlük Vətən müharibəsi dövründə olduğu kimi, terror hücumları davam etdirilir, yenə də mülki şəxslər, mülki infrastruktur və yaşayış binaları hədəfə alınır". Baş Prokurorluğun böyük prokuroru Kənan Zeynalov brifinqdə çıxışı zamanı deyib ki, qanunsuz erməni silahlı birləşmələri tərəfindən terror aktı nəticəsində Avtomobil Yolları Dövlət Agentliyinin 2 işçisi, 4 polis əməkdaşı, həmçinin, Şuşada mənzil-kommunal və təmir xidməti mühəndisi işləyən Vidadi Fərhadov adlı şəxs qətlə yetirilib. Ağdamda ekskovator operatoru  Mehman Həsənovun çoxsaylı qəlpə xəsarətləri yetirilməklə qəsdən öldürülməsinə cəhd edilib.