• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2167
— 20.09.2023 11:15

“Nintendo”nun yeni oyun konsolu

Almaniyada keçirilmiş Gamescom 2023 oyun sərgisinin bitməsindən sonra iki nüfuzlu jurnalistin vermiş olduqları məlumata əsasən Nintendo şirkəti sərgidə bağlı qapılar arxasında məhdud sayda insana öz yeni oyun konsolunu sərgiləyib. Məlumatda qeyd edilib ki, Nintendo məhdud sayda jurnalistlərə və tərtibatçılara öz yeni oyun konsolunun imkanlarını “The Legend of Zelda: Breath of the Wild” oyununun yaxşılaşdırılmış versiyasının misalında sərgiləyib. İnsayderlərin sözlərinə əsasən Nintendo Switch 2 (ad şərtidir) orijinal Nintendo Switch-i performans baxımından üstələyir.

Belə ki, şirkət yeni oyun konsolunda Epic Games şirkətinin The Matrix Awakens texniki demosunu işə sala bilib. Qeyd etmək lazımdır ki, sözügedən texniki demo olduqca texniki resurs tələb edən bir demodur. Bununla belə məlumatda qeyd edilib ki, Nintendo-nun yeni oyun konsolunda The Matrix Awakens texniki demosu NVIDIA-nın DLSS texnologiyasının və aktivləşdirilmiş ray tracing texnologiyasının istifadəsi ilə sərgilənib. İnsayderlərin sözlərinə əsasən, yeni oyun konsolu qrafika keyfiyyəti baxımından Playstation 5-dən və Xbox Series-dən geri qalmır. Lakin bununla belə yeni Nintendo Switch orijinal model kimi portativ oyun konsolu formatında hazırlanıb. Nintendo-nun öz yeni oyun konsolunu gələn il təqdim edəcəyi gözlənilir.