• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1333
— 13.02.2020 15:45

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 8-ci ildönümü qeyd olunub

KepezTV Player

Gəncə şəhəri, Göygöl və Samux rayonlarında təşkil edilən tədbirlərdə bir qrup əməkdaş mükafatlandırılıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 8-ci ildönümü münasibətilə xidmətin Gəncə şəhəri Kəpəz rayonu şöbəsinin təşəbbüsü ilə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edilib, torpaqlarımızın azadlığı uğrunda canından keçən oğurların qəbrləri önünə güllər düzülüb. Xidmətin Kəpəz rayon şöbəsinin rəisi, polkovnik-leytenant  Elşən Abbasov rayonda səfərbərlik hazırlığı işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, xidmətə hazırlanması, müddətli həqiqi hərbi qulluqçuların xidmətə çağırılması, yola salınması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində mühüm işlər görüldüyü vurğulayıb. Xidmət əməkdaşları təbrik edilib, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində qazanılan uğurlardan danışılıb. Tədbirin sonunda bir qrup əməkdaşa fəxri fərman təqdim olunub.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsi tərəfindən də peşə bayramı ilə əlaqədar tədbir reallaşıb. Xidmətin yaranmasından ötən 8 il ərzində keçdiyi inkişaf yolundan danışılıb, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini verildiyi diqqətə çatdırılıb. Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu istiqamətində başladığı işlərin bu gün Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirildiyi, ordunun maddi-texniki bazası, müasir silahlarla təminatı, şəxsi heyətin döyüş ruhu, mənəvi-psixoloji əhval-ruhiyyəsinin yüksəldilməsi istiqamətində mühüm işlər görüldüyü vurğulanıb. Xidmətdə fərqlənənlərə fəxri fərman, pul mükafatı verilib. 

Göygöl rayonunda da baş tutan analoji tədbir ümummilli lider Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanında uyuyan qəhrəmanların xatirəsini yad etməklə başlayıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin rəisi, polkovnik-leytetant Rüfət  Məmmədov gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, çağırışçıların həqiqi hərbi xidmətə yola salınması, orduda vətənpərvər, sağlam gənclərlə xidmət etməsi istiqamətində qarşıya qoyulan tapşırıqların yerinə yetirildiyinə önə çəkilib. Ordu quruculuğu, hərbçilərə və onların ailə üzvlərinə göstərilən dövlət qayğısından danışılıb. Ordunun ən müasir silah-sursatla təmin edilməsinin qələbəni reallaşdıran əsas amil kimi xarakterizə olunub. Xidmətin rayon şöbəsi üçün yeni binanın istidafəyə veriləcəyi diqqətə çatdırılıb. Sonda xidmətdə fərqlənən bir qrup əməkdaş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Göygöl rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif edilib.

Xidmətin Samux rayonu bölməsinin şəxsi heyəti də ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Bölmə rəisi polkovnik-leytenant Səbuhi Abdullayev Dövlət Xidmətinin ən mühüm vəzifələrindən birinin - həqiqi hərbi xidmətə çağırışın müvafiq qaydada təşkilindən söz açıb. Ötən 8 ildə səfərbərlik hazırlığı işinin təkmilləşdirilməsi məqsədilə mühüm tədbirlərin görüldüyü, hərbi qeydiyyat və hərbi uçot sahəsində vahid elektron informasiya sisteminin yaradıldığından danışılıb. Çağırışçıların bölgü üzrə hərbi hissələrə çatdırılması, rayonda hərbi çağırışın yüksək səviyyədə təşkili və ordudan yayınma hallarına rast gəlinmədiyi vurğulanıb. Tədbirdə xidmət rəisinin əmri ilə fərqlənən hərbi qulluqçulara təşəkkür elan edilib, bir qrup əməkdaşa xidmət rəisinin və rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim olunub.

Natiq Hüseyn