• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1090
— 20.09.2023 09:33

Səngərə, sığınacağa və hərbi kolonlara dağıdıcı atəş zərbələri endirilib

KepezTV Player

Ermənistan silahlı qüvvələri birləşmələrinin Qarabağ iqtisadi rayonundakı bir neçə səngəri, sığınacağı və hərbi kolonlarına dağıdıcı atəş zərbələri endirilib. 
Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus növbəti artilleriya qurğusu sərrast atəşlə məhv edilib.

MN-nin digər məlumatında Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus növbəti döyüş mövqeyinin ehtiyat sursatla birlikdə zərərsizləşdirildiyi yer alıb. 

Nazirlik növbəti paylaşımında Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus növbəti artilleriya qurğularının zərərsizləşdirilməsi barədə video təqdim edib. 

Silahlı Qüvvələrimiz tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri uğurla davam edir. Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus döyüş mövqeləri, hərbi təyinatlı avtomobillər, artilleriya və zenit-raket qurğuları, radioelektron mübarizə stansiyaları və digər hərbi təyinatlı vasitələr zərərsizləşdirilib.