• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 820
— 19.09.2023 16:45

“Benfika”nın sabiq üzvü "Kəpəz"də

KepezTV Player

“Kəpəz” klubu transfer çalışmalarını davam etdirir. “Sarı-göylər” portuqaliyalı qapıçı İqor Rodrigeslə anlaşıb. Son olaraq sözügedən ölkənin “Feyrense” komandasında çıxış edən oyunçu hazırda azad agentdir. Transferin yaxın vaxtda rəsmən açıqlanması gözlənilir. Onunla mövsümün sonuna kimi müqavilə bağlanacaq. 28 yaşlı qapıçı Portuqaliyanın “Şaviş”, “Eştoril”, "Sportinq Kovilya" klubunda və “Benfika”nın əvəzedici heyətində çıxış edib. Hazırda Gəncə klubunun qapısını qoruyan Vladislav Vasilyuçek qeyri-stabil çıxışları ilə seçilir. Son oyunlarda komandasını biabırçı səhvlərlə məğlubiyyətə sürükləyən belaruslu qolkiper klub rəhbərliyini onun mövqeyinə yeni transfer etməyə məcbur qoyub.