• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1289
— 19.09.2023 15:04

Şəhid ailələri üzvləri və müharibə iştirakçılarına 304 min xidmət göstərilib

KepezTV Player

Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçılarına 304 min xidmət göstərilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. 103 min şəxsə 115 min aylıq sosial ödəniş təyin olunub, 3 891 şəxsə sığorta ödənişi edilib. 1997-ci il avqustun 2-dək hərbi xidmətdə aldığı xəsarətlə bağlı əlilliyi olan 17 234 şəxs üzrə birdəfəlik ödəmə verilib. Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 5 250 mənzil və fərdi ev təqdim edilib. 11 min nəfərə 49,5 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib. Postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 124 min şəxsi əhatə edib.