Ombudsman Səbinə Əliyeva da Ermənistanın növbəti mina terrorunu pisləyib. "Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən törədilən mina terroru azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri ilə məşğul olan mülki şəxslərin həyat və sağlamlıqlarına təsir etməklə yanaşı, nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinə və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı prosesinə ciddi maneə yaradır. Mülki şəxslərin həyatını itirməsinə səbəb olan, regionda sülh quruculuğu prosesinə xələl gətirən bu təxribatı şiddətlə pisləyir, beynəlxalq ictimaiyyəti dəqiq mina xəritələrinin ölkəmizə təqdim edilməsi üçün Ermənistana təzyiq göstərməyə və bu ölkənin törətdiyi mina terroruna reaksiya verməyə çağırıram", deyə Səbinə Əliyeva qeyd edib.
- Baxış: 215