Azərbaycan Texnologiya Universitetinin Qida mühəndisliyi və ekspertiza kafedrasının müdiri, biologiya elmləri doktoru, professor Əhəd Nəbiyevin 75 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Universitetin təşəbbüsü ilə həyata keçirilən tədbirdə, həm də professorun elmi pedaqoji fəaliyyətinin 55 ilinin tamam olduğu da qeyd edilib. Tanınmış elm adamlarının da iştirak etdiyi tədbirdə Əhəd Nəbiyevin qida sənayəsində, ələxsus da şərabçılıqda əldə etdiyi elmi yeniliklər diqqət mərkəzində olub. Onun yeni texnologiya əsasında konyak-şərab materialı istehsalı texnologiyasından danışılıb. Fəalliyəti dövründə onun yetirmələrinin bu sahədə tanınmış alimlər olduğuna diqqət çəkilib. Yubilyara uğurlar arzulanıb, təbriklər çatdırılıb, hədiyyələr təqdim olunub.
- Baxış: 151