• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1598
— 19.09.2023 12:16

DİN əməkdaşlarına qarşı törədilmiş terror aktı ilə bağlı cinayət işi başlanılıb

KepezTV Player

Bu gün Daxili İşlər Nazirliyi əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi də Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 4:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlayıb, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu,1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar. Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə birgə istintaq-əməliyyat tədbirləri həyata keçirilir, gedişatı barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.