• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 955
— 19.09.2023 11:56

Xocavənddə törədilən terror aktı ilə bağlı cinayət işi başlanılıb

KepezTV Player

Bu gün saat 3:45 radələrində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının olduğu “Shacman Howo” markalı nəqliyyat vasitəsinin Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonunun ərazisindən keçən 58-ci kilometrliyində sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minaya düşərək partlaması, törədilmiş terror aktı nəticəsində Agentliyin 43 saylı idarəsinin əməkdaşları olan mülki şəxslər 1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu və 1970-ci təvəllüdlü Sadıxov Samir Sabiroviçin ölməsi müəyyən olunub. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətindən bildirilib. Faktla bağlı Xidmətin İstintaq baş idarəsində Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə kompleks istintaq-əməliyyat tədbirləri həyata keçirilir.