KepezTV Player
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində müdafiə nazirinin müavinləri, hərbi birlik və birləşmə komandirləri, eləcə də ideoloji iş və mənəvi-psixoloji təminat və hüquq ixtisası üzrə zabitlərin iştirakı ilə “Hərbi hissələrdə şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və hərbi intizamın möhkəmləndirilməsi“ mövzusunda konfrans işinə başlayıb. Sentyabrın 21-nə kimi davam edəcək konfransda cari il ərzində görülən işlər, hərbi hissə komandirlərinin şəxsi heyətin mənəvi-psixoloji hazırlığı üzrə tədbirlərin təşkili və keçirilməsində rolu, zabitlərin hərbi qanunvericilik sahəsində rəhbər sənədləri bilməsi, həmçinin hərbi intizamın gücləndirilməsi və bir sıra digər aktual məsələlər müzakirə olunacaq.
- Baxış: 158