• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1520
— 18.09.2023 19:54

Azərbaycanın müdafiə naziri İsrailin Müdafiə Nazirliyinin Baş direktoru ilə görüşüb

KepezTV Player

Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan İsrailin Müdafiə Nazirliyinin Baş direktoru Eyal Zamirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan-İsrail münasibətlərinin hazırkı yüksək səviyyəsindən məmnunluq ifadə edilib. Mövcud əməkdaşlığın daha da genişləndirilməsi baxımından bu cür görüşlərin və qarşılıqlı səfərlərin vacibliyini diqqətə çatdırılıb. Azərbaycan ilə İsrail arasında müdafiə sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.