• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1115
— 18.09.2023 17:15

Bölgələr üzrə hərəkət edən qatarların qrafikində dəyişikliklər edilib

KepezTV Player

Oktyabrın 1-dən bölgələr üzrə hərəkət edən qatarların qrafikində dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, payız-qış mövsümündə paytaxta üz tutan sərnişinlərin mənzil başına daha tez çatması üçün qatarlar mövcud qrafikdən daha erkən yola düşəcəklər. Ağstafa-Bakı marşrutu üzrə hərəkət edən qatar saat 17:30-da, ənənəvi qrafikdən 40 dəqiqə tez yola düşərək saat 22:35-də Bakıya çatacaq. Eləcə də gələn ayın 1-dən Bakı-Ağstafa sürətli sərnişin qatarı Şəmkirin Dəllər stansiyasında da dayanacağından qatarın Ağstafaya çatma vaxtı saat 13:46 olacaq.