• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 742
— 18.09.2023 17:02

Ali məktəblərə qəbul olunanların qeydiyyat müddəti uzadılıb

KepezTV Player

Əsas yerləşdirmədən sonra ali təhsil müəssisələrinə qəbul olunan şəxslərin qeydiyyat müddəti uzadılıb və 20 sentyabr saat 18-dək davam edəcək. Birinci mərhələdən sonra ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər göstərilən vaxtadək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar isə 25 sentyabr saat 18-dək qeydiyyatdan keçməlidirlər.