• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2161
— 18.09.2023 16:55

Azad edilmiş ərazilərdə daha 19 mina aşkarlanıb

KepezTV Player

Azərbaycan Minatəmizləmə Agentliyi işğaldan azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayını açıqlayıb. ANAMA-dan verilən məlumata görə, sentyabrın 11-dən 17-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 11, tank əleyhinə 8 mina və 34 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. 195,7 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.