• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1036
— 18.09.2023 16:52

Azad edilmiş ərazilərdə 508 nəfərə aid meyit qalıqları tapılıb

"Azad edilmiş ərazilərdə 508 nəfərə aid meyit qalıqları tapılıb". Baş prokurorunun müavini, hərbi prokuror Xanlar Vəliyevin sözlərinə görə, indiyədək Ermənistan 3890 nəfər itkindən sadəcə 120 şəxsin meyit qalıqlarını Azərbaycana təhvil verib. Kütləvi məzarlıqlar daha çox əsirlikdən qayıtmış şəxslərin göstərdikləri ərazilərdə tapılır. Şuşa rayonunun Daşaltı kəndi ərazisində 28 şəxsə, Xocalı rayonunun Fərrux kəndi ərazisində 12, Xocavənd rayonunun Edilli kəndində 27, Füzuli rayonunun Yuxarı Seyid Əhmədli kəndində 9, Şuşa şəhərindəki həbsxana ərazisində 31 şəxsə aid olmaqla ən azı 107 şəxsə aid meyit qalıqları aşkar olunub. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə bütün sahələri əhatə edən genişmiqyaslı tikinti-quruculuq işləri aparılarkən Ağdam, Şuşa, Göygöl, Tərtər, Füzuli, Zəngilan, Cəbrayıl, Kəlbəcər, Laçın və Xocavənd rayonları ərazisində aşkar edilmiş ən azı 98 şəxsə aid meyit qalıqları üzrə hərtərəfli araşdırmalar aparılır.