• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1510
— 18.09.2023 16:49

"Ermənistan itkin düşən şəxslərlə bağlı əməkdaşlıqdan yayınır"

KepezTV Player

"Ermənistan Qarabağ müharibəsində itkin düşən şəxslərlə bağlı Azərbaycanla əməkdaşlıqdan yayınır". Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycan 30 ildir itkin düşən şəxslərlin taleyinin müəyyənləşdirilməsi ilə bağlı əziyyət çəkir. Rzayev bildirib ki, mina problemi də insan hüquqlarının pozulmasıdır və bu məsələdə də ölkələr arasında məlumat mübadiləsi aparılmalıdır.