• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 926
— 18.09.2023 12:55

Azərbaycan güləşçisi finala yüksəlib

KepezTV Player

Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatında finala yüksəlib. 92 kq çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərini məğlub edərək, həlledici görüşə vəsiqə qazanıb. O, bu gün finalda qazaxıstanlı Rizabek Aytmuxanla qarşılaşacaq. Yarışın ikinci günündə mübarizəyə qoşulan 74 kq çəki dərəcəsindəki təmsilçimiz Turan Bayramov və 79 kq-da Orxan Abasov yarımfinala qədər irəliləsələr də, finala adlaya bilməyiblər. Onlar bürünc medal uğrunda yarışacaqlar. Lisenziya xarakterli dünya çempionatı sentyabrın 24-də başa çatacaq.