• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1757
— 16.09.2023 21:00

Qarabağda işləyən əcnəbilər üçün əmək miqrasiyası kvotası 5 il müddətinə ləğv olunur

2028-ci ilə qədər Azərbaycanda əmək miqrasiyası kvotası Qarabağda işləyən əcnəbilər nəzərə alınmadan müəyyən ediləcək. Nazirlər Kabineti “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nda dəyişiklik edib. Baş nazir Əli Əsədovun imzaladığı yeni qərara əsasən, Azərbaycanda əmək miqrasiyası kvotası müəyyən edilərkən işğaldan azad edilmiş ərazilərdə əmək fəaliyyətinə cəlb edilən əcnəbilər nəzərə alınmayacaq. Bu qərar 2028-ci il yanvarın 1-nə qədər qüvvədədir.