• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2372
— 16.09.2023 20:58

"Səbail" səfərdə "Kəpəz"i məğlub edib

KepezTV Player

  Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçirilib. Günün ilk matçında "Kəpəz" "Səbail"i qəbul edib. Gəncə şəhər stadionunda gerçəkləşən qarşılaşma paytaxt təmsilçisinin 3:0 hesablı qələbəsi ilə bitib. "Dənizçilər"in qollarını 2-ci dəqiqədə Yusif Nəbiyev, 16-cı dəqiqədə Valdemar Almeyda, 54-cü dəqiqədə isə Aleksandr Ramalinqom vurub. Bu nəticədən sonra xallarının sayını 10-a çatdıran qonaqlar müvəqqəti olsa da, ikinci pilləyə yüksəlib. "Kəpəz" isə 4 xalla 9-cu sıradadır. 


  "Kəpəz"in baş məşqçisi  Azər Məmmədov: Çətin rəqibə, yaxşı formalaşmış komandaya qarşı oynayırıq. Performans olaraq yüksəlişdə olan kollektivə qarşı çıxış edirdik. Onların psixoloji olaraq ruh yüksəkliyi də yerində idi. "Səbail" son iki turu qələbə qazanıb. Bütün bunlara baxmayaraq biz də qələbə qazanmaq istəyirdik. Rəqib ilə aramızdakı xal fərqi də böyük deyildi. Xal qazanıb bizdən yuxarıda olan rəqiblərlə fərqi aradan götürmək istəyirdik. Təəssüflər olsun ki, məğlub olduq. "Səbail" qələbəyə layiq idi".