• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 670
— 15.09.2023 13:01

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə test imtahanı keçiriləcək

KepezTV Player

Dövlət İmtahan Mərkəzi tərəfindən sentyabrın 17-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə aid AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı keçiriləcək. İmtahana qeydiyyat avqustun 17-dən sentyabrın 14-dək aparılıb və bu müddət ərzində 90 namizəd qeydiyyatdan keçib.