• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1800
— 15.09.2023 13:08

Azərbaycanlı qadın hərbçi sülhməramlı fəaliyyətinə görə BMT-dən medal alıb

KepezTV Player

Azərbaycanlı qadın hərbçi Lətifə Rüstəmova BMT-nin sülhməramlı missiyasındakı nümunəvi xidmətinə görə dünya təşkilatı tərəfindən təltif olunub. Bu barədə Azərbaycanın BMT yanında daimi nümayəndəliyi sosial şəbəkədə bildirib. “Cənubi Sudanda BMT missiyasında göstərdiyi nümunəvi hərbi xidmətə görə həm BMT medalı, həm də tərifnamə ilə təltif edilmiş ilk qadın sülhməramlı mayor Lətifə Rüstəmova ilə biz ikiqat fəxr edirik”, - deyə daimi nümayəndəlik qeyd edib.