KepezTV Player
Son vaxtlar cənub bölgəsinə yağan güclü, aramsız yağışlar Astara rayonunun dağlıq ərazilərinin bir çox yerlərində torpaq sürüşmələrinə səbəb olub. Dağlardan sürüşən torpaq qatı Astara rayonunun Pəlikeş inzibati dairəsinə aid olan Lomin kənd sakini Aynagül Baloğlan qızı Nabatovaya məxsus evi qəzalı vəziyyətə salıb. İki metrə yaxın torpaq qatı əsasən evin arxa hissəsi və həyətyani sahəsini əhatə edib. Aramsız yağışlar nəticəsində kənd ərazisindən keçən çay daşıb, piyada körpüsünü də uçurub. Çayın əks tərəfində qalan ailələr üçün gediş – gəliş çətinləşib.
- Baxış: 302