• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1974
— 15.09.2023 11:54

"MDB-yə üzv dövlətlərin prokurorlarının qarşısında yeni və mürəkkəb çağırışlar durur"

KepezTV Player

Transmilli mütəşəkkil cinayətkarlıq hər bir dövlətin sosial, iqtisadi və siyasi sabitliyi üçün ciddi təhlükədir. Müasir dünyada qlobal və regional təhlükələrin artdığı bir zamanda MDB iştirakçı dövlətlərinin prokurorlarının qarşısında yeni və mürəkkəb çağırışlar durur. Bu təhdidlər beynəlxalq hüquq mühafizə potensialının artırılmasını, qanunsuz şəbəkələrin zərərsizləşdirilməsi üçün birgə fəaliyyət göstərməyi, ənənəvi və yeni, o cümlədən terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, korrupsiya, kibercinayətkarlıq, çirkli pulların yuyulması və digər cinayət növlərinin qarşısının alınmasını tələb edir. Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin  iştirakçı dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının Bakıda keçirilən 33-cü iclasının iştirakçılarına ünvanladığı məktubda birgə səylərin dövrün neqativ cərəyanlarına vaxtında reaksiya verməyə, dövlətlər və vətəndaşların etibarlı müdafiəsini təmin etməyə imkan verəcəyinə əminliyini ifadə edib. Vurğulayıb ki, Azərbaycan MDB-nin fəal üzvü olmaqla bu təşkilatın daha da möhkəmləndirilməsi istiqamətində səylərin artırılmasını vacib hesab edir.