• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1873
— 14.09.2023 16:57

Məcburi köçkünlər dünya ictimaiyyətinə müraciət ediblər

KepezTV Player

Xocalı, Xankəndi və digər rayonlardan olan məcburi köçkünlər bəyanat yayaraq dünya ictimaiyyətinə müraciət ediblər. Onlar Vətən müharibəsindən ötən 3 il ərzində hələ də yurd yerlərinə qayıda bilmədiklərini qeyd edirlər. “Bizik Xocalının, Xankəndinin, Kərkicahanın, Malıbəylinin, Quşçuların, Meşəlinin, Qaradağlının əsl, əzəli sakinləri!” – deyilən müraciətdə bir vaxtlar xoşbəxt yaşadıqları ərazilərin indi “boz zona”ya çevrildiyinə diqqət çəkiblər. Tələbləri isə Ermənistan ordusunun qalıqlarının həmin ərazilərdən tamamilə çıxarılması, Ermənistanın yaratdığı və hələ də dəstəklədiyi oyuncaq xunta rejiminin tör-töküntülərinin özünü buraxması, qanunsuz silahlı dəstələrin tərksilah olunmasıdır. Dünya ictimaiyyətinə çağırış edənlər Ermənistandan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı addımlara son qoymağı tələb edərək, öz evlərinə qayıtmaq hüququnun təmin edilməsini istəyiblər.