“Qafqazda sülhün bərqərar olması üçün hər iki tərəfə diqqət yetirilməlidir”. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X platformasında paylaşımında qeyd edib. “Azərbaycanın bu bölgəsi - Qarabağ 30 il ərzində qonşu Ermənistan tərəfindən işğal olunub. 1990-cı illərin əvvəllərində 1 milyona yaxın azərbaycanlının öz torpaqlarında etnik təmizləməyə məruz qaldığı amansız müharibədən sonra işğalçı Ermənistan silahlı qüvvələri bu ərazinin minlərlə kvadrat metrini minalayıb. Orada, Azərbaycanda qalan etnik ermənilərin icması Ermənistanla vahid quru yolu - Laçın yolu ilə əlaqə saxlayırdı. Qanunsuzluğun və minaların bu boz zonası üç il əvvələ qədər, Azərbaycan 44 günlük münaqişədə Qarabağ ərazisinin böyük hissəsini azad edənə qədər mövcud idi” – Hacıyev vurğulayıb.
“Ermənistanın daxilində vəziyyətin dəyişməsini istəməyən güclü qüvvələr var”. Prezidentin köməkçisi “Politico” nəşrində gedən məqaləsində bildirib ki, Azərbaycan hökuməti dəfələrlə Qarabağ ermənilərini Laçından daha yaxın və sürətli keçidi təmin edən yollarla ərzaq, dərman və daha çox məhsulla təmin etməyi təklif edib. 1990-cı illərin müharibəsinə qədər Qarabağda azərbaycanlılarla etnik ermənilər birlikdə, çiyin-çiyinə, sülh şəraitində yaşayırdılar. Gürcülər, ruslar, ukraynalılar hamısı bugünkü çoxmillətli və çoxkonfessiyalı ölkəni təşkil edir. Bu, Qarabağ ermənilərinə də şamil edilə bilər və olmalıdır” - deyə Hikmət Hacıyev vurğulayıb.
- Baxış: 198