• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 766
— 14.09.2023 12:23

Yol qəzasında həlak olan hərbçilər dəfn olunublar

KepezTV Player

Hərbçi Taleh Əliyevin nəşi doğulduğu Zərdab rayonunun Gödəkqobu kəndinə gətirilib. Onunla vida mərasimi keçirilib. Mərasimdə yerli İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanı əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Vida mərasimindən sonra Talel Əliyev Gödəkqobu kənd qəbiristanlığında dəfn olunub.

Yol qəzasında həlak olan hərbçi Elgün Həsənovun nəşi Bakının Binə qəsəbəsinə gətirilib. Evində onunla vida mərasimi keçirilib. Elgün Həsənov Binə Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Mərasimdə şəhidin yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Nihad Kamrəddin oğlu Namazovun nəşi Tovuz rayonunun Qovlar şəhərinə gətirilib. Onunla vida mərasimində yaxınları ilə yanaşı, rəsmilər, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər. Vida mərasimindən sonra Nihad Namazov Tovuz rayon Qovlar şəhər qəbiristanlığında dəfn olunub.