Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı törədilən növbəti təxribatlara cavab olaraq ölkənin gördüyü tədbirlərin nəticələrini Ermənistan ərazilərinin işğalı kimi təqdimi İrəvanın siyasi avantürasının tərkib hissəsidir. Bu barədə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib. Qeyd olunub ki, Azərbaycanın Qarabağ bölgəsinə istinadlarında ölkənin suverenliyi və ərazi bütövlüyünü şübhə altına alan Ermənistanın orada qüvvə toplamasını ört-basdır etməsi və hər an törədə biləcəyi təxribat səylərindən fikir yayındırmaq cəhdləri ciddi təhdid mənbəyidir. Bölgədə sülh və sabitliyin əsas şərti Ermənistanın Azərbaycana qarşı sözdə və əməldə iddialardan əl çəkməsi, erməni silahlı qüvvələrini ərazilərimizdən çıxarması, revanşist siyasətə və əməllərə son qoymaqdır.
- Baxış: 187