• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1012
— 13.09.2023 20:12

Həddi olmayan erməni terroru

KepezTV Player

İkinci Qarabağ müharibəsi başa çatandan indiyə kimi işğaldan azad edilən ərazilərdə 306 nəfər minadan zərər çəkib. Son 30 ildə isə erməni təcavüzü başlayandan 3300-dən çox azərbaycanlı minaların qurbanı olub. Zəfərlə başa çatan Qarabağ müharibəsindən sonra da çirkin niyyətini davam etdirən haylar insani keyfiyyətlərdən uzaq olduqlarını nümayiş etdirirlər. 

Terrorçuluğun nə həddi var, nə də sərhədi. Terrorçuluq fəaliyyətindən danışanda isə Emənistanın adının çəkilməməsi düzgün olmaz. Hansı ki, bu gün də onun təzahürlərinin şahidi oluruq. Söhbət 30 illik işğal dövründə, Vətən müharibəsi zamanı və ondan sonrakı dönəmdə insan canına qəsdə hesablanan mina terrorundan gedir. Elə bir neçə gün bundan öncə hərbi qulluqçumuzun xəsarət aldığı mina hadisəsi, habelə itdən sui-qəsdçi kimi istifadə edilməsi ermənilərin iç üzünü bir daha nümayiş etdirir.

Şair Ramaldanov- hərbi ekspert: “Əlbəttə dünyada hələ keçən əsrin ortalarında müəyyən bir konvensilar və qadağalar qoyulubdur. İnsanın həyatına təhlükə gətirən və o təhlükəyə çıxaran amillər, o cümlədən bu, əlbəttə heyvanlarada aiddir. Ancaq erməni terrorçuları konvensiyaların tələblərinə haçan riayət ediblər ki, indi də bu konvensiyaları pozmasınlar?! Bu gün ermənilər bütün konvensiyaları pozaraq, Azərbaycan ərazisində terrorçuluq fəaliyyətini davam etdirirlər”.

Hazırda işğaldan azad edilən ərazilərdə ANAMA tərəfindən kənd təsərrüfatı, yaşayış yerləri, nəqliyyat, energetika və digər sahələrdə işlərin aparılması üçün minatəmizləmə fəaliyyəti davam etdirilir. Müharibədən sonrakı dövr ərzində 96 min ha-a yaxın ərazi təhlükəsiz zonaya çevrilib. Aşkar edilən 95 min partlamamış mina və hərbi sursat zərərsizləşdirilib. Tapıntılar içərisində Ermənistan istehsalı olan piyada əleyhinə minaların sayı da az deyil. Bundan əlavə əldəqayırma partlayıcı qurğulara da rast gəlinir.

İdris İsmayılov- ANAMA-nın İdarə Heyətinin sədrinin köməkçisi: “Xüsusi ilə qəbiristanlıqlarda, tərk edilmiş yaşayış məntəqələrində, yollarda hətta Xocəvənd rayonu ərazisində meşə ərazisində ağaca bərkidilmiş ərazidə də rast gəlinməkdədir. Bunlara misal olaraq, xüsusilə Ağdam rayonu ərazisində 2 qəbiristanlıqda, Füzuli rayonu, Qorqan kənd qəbiristanlığında da rast gəlinmişdir. Yaşayış rayonları üzrə Laçın rayonu ərazisində, Zabux kəndi ərazisində, həmçinin Xocavənd rayonunun Buludxan kəndi ərazisində də əldəqayırma partlayıcı qurğulara rast gəlinməkdədir. Bu qurğuların düşmən tərəfindən yerləşdirilməsinin əsas məqsədi, kütləvi şəkildə insanların həlak olmasına yönəlmiş addımlardır. Füzuli rayonu, Qorqan kənd qəbiristanlığının ərazisində aşkar edilmiş piyada əleyhinə minanın altında tank əleyhinə mina yerləşdirilmişdir. Bu minanın da tərkibində 7 kq-a yaxın partlayıcı maddə vardır ki, bunun da əsas mqəsədi texnikanı, tankı sıradan çıxarmaqdır. Bu cür minanın partlaması ətrafda olan insanların kütləvi şəkildə məhv olmasına gətirib çıxarır”.

ANAMA bir daha bildirir ki, sakinlər bələd olmadıqlara ərazilərə yaxınlaşmasınlar. Həmçinin gördükləri əşyalara, qurğulara toxunmasınlar və tez bir zamanda aidiyyatı üzrə məlumat versinlər. Çünki nə insanlığı, nə də vicdanı olan ermənidən nə desən gözləmək olar. 

Elnur Vahidoğlu