Xarici işlər naziri Ceyhun Bayramovun BMT-də Akkreditə Olunmuş Müxbirlər Assosiasiyasında aparıcı media qurumları üçün brifinqi də təşkil olunub. Ceyhun Bayramov, Azərbaycan Respublikasının xarici siyasət gündəliyində duran aktual məsələlər, post-münaqişə dövründə bölgədə mövcud vəziyyət və Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə iştirakçıları ətraflı məlumatlandırıb, jurnalistlərin çoxsaylı suallarını cavablandırıb. Nazir 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqaz regionunda yaranmış yeni reallıqların fonunda ölkəmizin hazırki Azərbaycan-Ermənistan normallaşma və sülh gündəliyinin təşəbbüskarı və irəli aparılmasında maraqlı tərəf olduğunu qeyd edib. Ermənistanın ərazilərimizin işğalı nəticə yaratdığı qondarma rejimin 9 sentyabr tarixində “seçki” adı altında təxribatlarının erməni sakinlərin nümayəndəsi ilə dialoq səylərinə qarşı növbəti zərbə olduğu diqqətə çatdırılıb. Nazir, bölgədəki vəziyyət və reallıqların düzgün, qərəzsiz şəkildə çatıdırılmasında beynəlxalq media qurumlarının və nümayəndələrinin məsuliyyətinin böyük olduğunu diqqətə çatdırıb.
- Baxış: 247