• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 774
— 13.09.2023 15:46

Azərbaycanın XİN başçısı BMT-nin ali komissarı ilə regiondakı vəziyyəti müzakirə edib

Xarici işlər naziri Ceyhun Bayramov BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk ilə də görüşüb. Regiondakı son vəziyyət barədə Azərbaycanın mövqeyini qarşı tərəfin diqqətinə çatdıran Ceyhun Bayramov Ermənistanın davam edən hərbi-siyasi təxribatlarından, habelə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı bəyanatlarından söz açıb, bu kimi addımların bölgədə sülh və sabitliyə xidmət etmədiyini, yerli erməni əhalisinin reinteqrasiyasına əngəllər törətdiyini diqqətə çatdırıb. Bölgədə “humanitar vəziyyət” və “blokada” barədə iddiaların əsassız olduğu, Ermənistanın Laçın sərhəd buraxılış məntəqəsinə qarşı təxribatlarının, Ağdam-Xankəndi yolundan yüklərin daşınmasına törədilən maneçiliklərin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddiaların, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrinin hələ də çıxarılmamasının sülh və təhlükəsizliyə təhdid olduğu vurğulanıb.