Qarabağda baş vermiş hadisələrlə əlaqədar olaraq Qırğız Respublikası Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edib. Bu barədə Qırğızıstanın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib. “Beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığının qətiyyətlə tərəfdarı olaraq, Qırğız Respublikası bütün məsələlərin BMT-nin Nizamnaməsinə və beynəlxalq hüququn fundamental norma və prinsiplərinə uyğun olaraq siyasi-diplomatik yolla tənzimlənməsinə çağırır”, - deyə bəyanatda qeyd olunur.
- Baxış: 224