• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 893
— 13.09.2023 11:54

Şamaxıda iki qadına kəsici alətlə xəsarət yetirən şəxs saxlanılıb

KepezTV Player

Sentyabrın 12-si saat 19 radələrində Şamaxı rayon sakinləri, 1997-ci il təvəllüdlü Elmira Babayeva və 2000-ci il təvəllüdlü Günel Babayevanın kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olmaları barədə polisə məlumat daxil olub. Keçirilmiş tədbirlər nəticəsində hər iki qadına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Elmira Babayevanın əri, 1996-cı il təvəllüdlü Novruz Babayev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.