Azərbaycan Dövlət Aqrar Universitetinin Biotexnologiya mərkəzində invitro şəraitində çəyirdəkli meyvə və tərəvəz bitkiləri yetişdirilib. Artıq laborator yolla əldə edilən şitillər sahələrə köçülür. Bitkilərin üstünlükləri isə 2-ci yaşdan məhsul verməsidir.
Təsərrüfatlarda calaqaltılardan istifadə etməklə bitkinin çətirinin məhdudlaşdırılması və kiçildilməsi əldə olunur. Bununla da vahid sahədə bitkilərin sayı artırılır və tez məhsula düşməsi təmin olunur. Belə calaqaltılar Azərbaycan Aqrar Universitetinin Biotexnologiya mərkəzində əldə olunur. Abbas İsmayılov- ADAU-nun Biotexnologiya Mərkəzinin direktoru: “Biz mərkəzimizdə olan anaçılıqdan eksponat, yəni bitkilərdən nümunələr götürürük. Onlara laboratoriya şəraitində suni qida mühiti yaradırıq və onları artırırıq. Məqsədimiz ondan ibarətdir ki, universitetimizdə ilkin müasir, qabaqcıl texnologiyalarını tətbiq eləmək, dərs müddətində praktik dərslərin təmin edilməsi üçün, yəni bu tingin alınmasının ilkin mərhələsindən eksplantın götürülməsi, kökləndirilməsi, adaptasiya olunması və tingliyə köçürülməsinə qədər olan mərhələlərin hamısında iştirak edib görürlər və sahədə də onların becərilməsi ilə məşğul olurlar”.
Meyvə ağaclarına calanan calaqaltılar kənardan gəlmədir. Burada iqlimləşdirilərək yerli şəraitə uyğunlaşdırılıb. Bu calaqaltı ilə yetişdirilən meyvə ağaclarının daha bir müsbət tərəfi isə bitki həm xəstəlik və zərərvericilərə, həm də əlverşisiz mühit şəraitinə davamlı olur.
Abbas İsmayılov- ADAU-nun Biotexnologiya Mərkəzinin direktoru: “Meyvə bitkilərinin klon calaqalatılarını buaraya daxil edirik. Klon calaqaltından çəyirdəkli meyvə birliklərindən alçanın, gavalının calaqaltısı olan mirabalan bitkisini artırırıq. Sonra sahədə qarnen bitkisidir ki, nektarin, şaftalının calaqaltısıdır. Onun üzərinə biz nektarin, şaftalını calaq edirik. Sonra cf-677 vardır ki, onun üzərinə badamı calaq edirik. Maksima 14-ə gilas, albalı, veseil-gizela vardır ki, bunların üzərinə əsasən gilası calaq edirik”.
Calaqaltı üzərinə calaq olunan istənilən yerli sort onun təsiri nəticəsində alçaqboylu olur. Buna baxmayaraq, bitkinin məhsuladarlığı yüksək olur. Yəni 2-3 yaşından sonra etibarən bar verməyə başlayır.
Hüseyn İdrisov- ADAU-nun Bağçılıq kafedrasının dosenti: “Bu bitki 2019-cu ilin payızında əkilib. 1 yaşlı ting olub. Artıq 3 yaşında məhsula düşüb. Bu il bu bitkilərin hər biri 25-30 kq məhsul verib. Gördüyünüz alma qransimit sortudur. M700 üzərindədir. Bunu biz əkmişik 4-ün 3-nə. Yəni 4 metr cərgəarası. 3 metr isə bitkiarası olan sahə. Digər bir bitkimiz var ki, məsələn, almadır. M9 üzərindədir. 4-ün 1-ə. Yəni 1 hektarda 2500 bitki deməkdir. O bitkilər nisbətən az məhsul versə də, amma bitki sayının çoxluğu hesabına 90-100 ton məhsul əldə eləmək olar”.
Qeyd edək ki, bitkilərin mikroklonal çoxaldılması prosesi müasir dünyada ən çox tətbiq edilən çoxaldılma üsullarından biridir. Biotexnologiya mərkəzində 30 minə kimi belə bitki əldə olunub.
Aişə Rzayeva
- Baxış: 258