• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1022
— 12.09.2023 20:00

650 baldan yuxarı nəticə göstərən məzunlar mükafatlandırılıb

KepezTV Player

Gəncədə ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüş keçirilib. Görüşdə uğur qazananlarla yanaşı onların təhsil aldıqları məktəblərin direktorları da iştirak edib. İcra başçısı Niyazi Bayramov ali təhsil müəssisələrinə qəbul imtahanlarında müvəffəqiyyətlə iştirak edərək, tələbə adını qazanmış məzunları, onların valideynlərini və təhsil ictimaiyyətini təbrik edib. 2022-2023-cü tədris ilində Gəncənin məktəblərini 2961 şagird bitirib. Bunlardan 1497 nəfəri respublikanın, 133 nəfəri isə xarici ölkələrin ali məktəblərinə qəbul olunublar. Qəbul olan məzunların 181 nəfəri 500-dən, 54 nəfəri 600-dən və görüşdə iştirak edən 8 nəfəri isə 650-dən yuxarı bal toplayıb. Tədbirdə məzunlara hədiyyələr təqdim olunub. Şəhərdə təhsilin inkişafına göstərdikləri xidmətlərə görə, yüksək bal toplamış məzunların təhsil aldıqları orta məktəb direktorları "Təşəkkürnamə" ilə təltif edilib.

Rasim Əsgərov- tələbə: “650 bal topladım, Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul oldum. Gələcəkdə də hüquqşünas olmaq istəyərdim”.

Kamran Zeynalov- tələbə: “667 bal toplayaraq BDU- nin hüquqşünaslıq ixtisası- tədris ingilis dilində qəbul olmuşam. Uşaqlığımdan bəri arzum bu idi və öz arzuma çatmışam”.

Nəsimi Məmmədov- DİM Gəncə Regional Bölməsinin müdiri: “Dünənin şagirdi, abituriyenti, bu günün tələbə adını qazanan ən yüksək bal toplayan tələbələrlə görüş keçirdik. DİM adından respublikanın ali təhsil müəssisələrinə qəbul olan bütün tələbə adını qazanan hər bir keçmiş abituriyenti səmimi qəlbdən təbrik edirik. Onlara təhsil illərində uğurlar arzulayırıq”.

Fərid Mehdiyev 

.