• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 830
— 12.09.2023 16:35

Azərbaycanın güləş millilərinin dünya çempionatı üçün heyətləri açıqlanıb

KepezTV Player

Azərbaycanın güləş millilərinin Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatı üçün heyətləri açıqlanıb. Baş məşqçilər ümumilikdə 26 idmançıya dəvət göndəriblər. Onlardan 10-u sərbəst, 10-u yunan-Roma, 6-sı isə qadın güləşçidir. Siyahıda dünya və Avropa çempionları, Olimpiya oyunlarının mükafatçıları Hacı Əliyev, Rafiq Hüseynov və Mariya Stadnik də var. Mundialda Gəncə pəhləvanları, sərbəst üsulla güləşən Turan Bayramov və qadın güləşçisi Jalə Əliyeva da iştirak edəcək. Sentyabrın 16-da startı veriləcək dünya çempionatı ayın 24-də başa çatacaq.