• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 874
— 12.09.2023 13:11

Ceyhun Bayramov BQXK-nin prezidenti ilə regiondakı son vəziyyəti müzakirə edib

KepezTV Player

Xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Mirjana Spolyariç Egger ilə görüşüb. Bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib. Görüşdə regiondakı son vəziyyət fonunda Azərbaycan ilə BQXK arasında əməkdaşlığın hazırkı vəziyyəti, o cümlədən çətinliklər və gələcək perspektivlər müzakirə olunub.