• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 914
— 12.09.2023 12:58

Qarabağdakı qondarma seçkilər tanınmır

KepezTV Player

ABŞ-nin Dövlət Departamenti Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində erməni separatçıların keçirdiyi “seçkilər”i tanımadığını açıqlayıb. Bu barədə xarici siyasət idarəsinin mətbuat katibi Metyu Miller brifinqdə bildirib. “Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımırıq. Beləliklə, oradakı qondarma prezident seçkilərinin nəticələrini tanımırıq”, - sözçü qeyd edib. Diplomat həmçinin Vaşinqtonun Bakı ilə İrəvan arasında birbaşa dialoqu dəstəklədiyini xatırladıb.
Macarıstan Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır, buna görə də biz Qarabağdakı qondarma “prezident seçkilərini” qeyri-legitim hesab edir. Bu barədə Macarıstan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Mate Patsolay bildirib. "Münaqişənin mümkün qədər tez bir zamanda sülh yolu ilə nizamlanmasına çağırırıq", - XİN rəsmisi deyib.
Aparıcı beynəlxalq təşkilatlar və dünyanın bir çox ölkələri erməni separatçılarının Xankəndidə keçirdiyi qondarma prezident seçkilərini pislədiklərini və tanımadıqlarını bəyan ediblər. Bu siyahıya İslam Əməkdaşlıq Təşkilatı Türk Dövlətləri Təşkilatı, Avropa İttifaqı, Avropa Şurası, həmçinin, Böyük Britaniya, Rumıniya, Pakistan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova və s. ölkələr daxildir.